"Konsertdən sonra ən çox pul Müşviqə düşür. Deyə-deyə konsertlərimizi də qurutdular".
Bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Fəlidən doğru xəbər" proqramında qonaq olarkən deyib. O, aparıcı Elşən Orucovun (Fəlakət) suallarını cavablandırıb.
"Ən çox Coşquna baxanda gülürəm. Bir də "Cinni Mayıl" obrazıma gülürəm. Öz canlandırdığım qadın obrazlarını həyatda görsəm, qaçaram. Coşqunun oynadığı qadın rollarını bəyənirəm" sözlərini söyləyib.
R.İsgəndərov həmkarı Coşqun Rəhimovun başına açdığı oyundan danışıb:
"Vertu" markalı telefonu var idi, yapışqan lenti götürüb doladım. Sonra sökəndə gördüm bütün üstü soyuldu. Sən demə mağaza ona saxtasın satıbmış. Heç vecimə də olmadı, getsin mağazaya söz desin".