
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ilə görüşüb.
Hikmət Hacıyev bu barədə "X" sosial media hesabında paylaşım edib.
O bildirib ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
"Tərəflər, həmçinin regionda baş verən son hadisələri nəzərdən keçirib, bu məsələlərlə bağlı fikir mübadiləsi apardılar".


