Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Jurnalistlərin helikopteri qəzaya uğradı - 3 nəfər öldü

Jurnalistlərin helikopteri qəzaya uğradı - 3 nəfər öldü

ABŞ-nin Los-Anceles şəhərində televiziya şirkətinə məxsus helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb.

 NBC News-un məlumatına görə, qəza ötən gecə şəhərin şimal-qərbindəki Çatsvort rayonunda baş verib.

Məlumata görə, jurnalistlər həmin ərazidə baş vermiş başqa bir yol-nəqliyyat hadisəsini işıqlandırarkən telekanala məxsus helikopter qəzaya uğrayıb.

Helikopter yaxınlığındakı avtomobil dayanacağına düşüb.

Yanğın orada park edilmiş bir neçə avtomobilə də keçib.

Üç nəfər hadisə yerində ölüb, daha bir yaralı xəstəxanaya çatdırılıb. 

Helikopterin qəzaya uğramasının səbəbi hələ müəyyən edilməyib. Hadisəni ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) araşdıracaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də