Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zəfər Məmmədov: İş axtaran qədər işçi axtaran da çoxdur

RegionTV.info 
Bu gün ölkəmizdə müəyyən qədər işsizliyin olduğu reallıqdır. Lakin işsizlikdən daha böyük problem peşəkar kadrların olmamasıdır. Həqiqətən də günü-gündən inkişaf edən özəl sektorda ən böyük problem kadr çatışmazlığıdır. Biri hüquq bitirib mahasib işləyir, mühasibatlığı bitirən menecer işləyir, menecmenti bitirən də tamam başqa bir sahədə çalışır. Bir sözlə ixtisaslı kadrların çoxu öz yerində deyil. Valideynlərin təzyiqi, yaxud diplom xətrinə daxil olduqları universitetləri də “sürünərək” bitirən tələbələr gələcəkdə mütəxəssisə çevrilə bilmir. Yalnız məzun olan gənclərin 20-30%-i seçdiyi ixtisasın peşəkarına çevrilir. Sahəsini mükəmməl bilməyən məzunlar da iş tapa bildiyi sahədə çalışırlar, lakin yeni başladığı işdə bilik və bacarıqları olmadığından çox vaxt burada da səmərəsiz olurlar. Problemin kökündə isə yuxarıda sadaladığımız problemlərlə yanaşı, peşə məktəblərinin olmaması dayanır.
Niyə peşə məktəbləri?
Doğrusu peşə məktəbləri hazırda mövcudluğunu qoruyur, amma bu mövcudluq elə yoxa bərabərdir. Maddi texniki bazası olmayan, müasir peşələri tədris edəcək müəllim heyətindən yoxsul təhsil müəssisələrindən nə isə gözləmək sadəlövlük olar. Sovet ittifaqının dağılması ilə çokən peşə məktəbi sistemi, həm yeni yaradılan müəssisələrdə ixtisaslı kadr çatışmazlığına, həm də işsizliyə səbəb oldu. Zavod və fabirlərdə tətbiq edilən müasir texnologiyalarla davrana bilən yerli kadrlarımız olmadı. Hansı ki, həmin kadrları peşə məktəbləri yetişdirməli idi.
Təklifimiz ondan ibarətdir ki, ya yeni peşə məktəbləri yaradılsın, ya da köhnə mətəblər müsir tələblərə cavab verə biləcək vəziyyətə gətirilsin. Ardından günün ehtiyacına uyğun olaraq bütün sahələrə tələb olunan mütəxəssis sayı araşdırılsın və peşə məktəblərinin də aqibətinin universitetlər kimi olmasının qarşısı alınsın. Tutaq ki, hər hansı bir sahə üzrə 30 mütəxəssisə ehtiyac olduğu halda 150 məzun buraxılmasın.
Bu gün restoran sahəsində ofisyant və aşpazdan tutmuş menecerə kimi, sənayedə müasir avadanlıqların idarə olunması, texnologiya, kimya və sair sahələrdə peşə ixtisası üzrə kadrlara ehtiyac var. Çox təəsüf ki, həmin ixtisaslarda yerli kadrların olmaması səbəbindən boşluğu doldurmaq üçün xarici mütəxəssislər gətirilir. Bəzən niyə xaricilər gəlib burda bizdən dəfələrlə çox maaş alır deyib şirkət rəhbərini ittiham edirik. Bunun səbəbi də həmin xarici mütəxəssisi əvəzləyəcək yerli peşəkar kadırın olmamasıdır.Axı hansı şirkət rəhbəri xaricdən işçi gətirmək üçün 10 qat artıq pul xərcləməyə can atar? Təbii ki, bacarıqlı yerli kadrlar olsa buna ehtiyac da qalmaz. Bu problemləri aradan qaldırmaq üçün də peşə məktəblərinin yaradılması vacibdir.
Fərdi cəhdlər və “Zaferoğlu Akademiyası”
Biz “Zaferoğlu inşaat” olaraq ehtiyacımız olan kadrları hazırlamaq üçün “Zaferoğlu Akademiysı”nı yaratdıq. Burada gənclərə dizayn proqramları öyrədilir və sonradan onların bəziləri elə “Zaferoğlu İnşaat”da fəaliyyətə başlayır. Digərləri də işsiz qalmır. Çünki hazırda peşəkar dizaynerlərə təlabat olduğundan, çox vaxt həmin gənclər elə təhsil aldıqlar dövrdən iş təklifi alırlar. Peşə məktəbləri yaranacağı təqdirdə isə yalnız dizayn yox, bütün sahələr üzrə sahibkarların ehtiyacları qarşılanacaq. Bu da 60-70% işsizlik probleminin aradan qaldırılması deməkdir. Elə bu günlərdə dövlət dəstəyi ilə ölkəmizdə peşə məktəbləri yaratmaq niyyətində olan koreyalı mütəxəssislərlə görüşdük. Zaferoğlu Akademiyası ilə tanış olan koreyalılarla əməkdaşlıq edə biləcəyimiz sahələri müzakirə etdik.
Peşə məktəbləri təhsil sistemindəki yerini bərpa etməlidir
İnkişaf etmiş qərb ölkələrində insanlar heç də bizdə olduğu kimi universitetə daxil olmağa can atmır. Şan, şöhrət, reytinqli universitet onları maraqlandırmır. Bu cür ölkələrin vətəndaşları nə olur olsun universitet oxuyum təfəkkürü ilə yaşamır. Öz bilik və bacarığını nəzərə alıb, həvəsi olduğu sahədə peşə təhsilinə yönəlmə onların seçimləri arasındadır. Nəzərə alaq ki, həmin ölkələrdə peşə ixtisaslı mütəxəssis ilə ali təhsilli işçinin qazancları arasında da uçurum yoxdur. Digər tərəfdən elə sahələr var ki, universitetdə həmin ixtisasa daxil olmaq üçün öncədən peşə təhsili almaq önəmlidir. Memarlıq, dizayer, kompüter texnoloğiyaları və sair sahədə ali təhsil alan gəncin, ixtisasını daha dərindən bilməsi üçün peşə təhsilindən gəlməsi vacibdir. Sonradan təhsilini davam etdirmək istəyən universitetə müraciət edə bilər. Yəni peşə təhsili ümumtəhsil mərhələləri arasında öz yerini tutmalıdır:
ibtidai
orta
peşə
ali və daha yüksək təhsil
Təssüf ki, bizdə həmin ardıcıllığı müşahidə etmirik. Amma dünya təcrübəsində peşə təhsili bu sıralamada önəmli yer tutur. Elə bu təhsil növünün həmin sıradan çıxarılması bu gün kadr çatışmazlığından tutmuş, işsizliyə kimi bir çox problemin yaranmasına səbəb olub.
Ehtiyac olan sahələrdə peşə məktəblərinin yaradılması bizə gələcəkdə istədiyimiz zavod fabrikin açılmasına böyük kömək edəcək. Hazırda əhalinin ehtiyacı olan məhsulların böyük əksəriyyəti xarici ölkələrdən ixrac edilir. Peşə məktəblərinin yaradılması ilə həmin məhsulların çoxunu yerli istehsal hesabına ödəmək imkanlarımız artacaq. İxtisaslı kadrların olmaması hər hansısa bir sahədə müəssisə yaratmaq istəyən sahibkarın fikrindən daşınmasına səbəb olur. Çünki iş adamları investisiya yatırmaq istədiyi sahəyə uyğun olaraq xaricdən mütəxəssis gətirməlidir. Həmin mütəxəssislər də burada yerli kadrları hazırlamalıdır. Bu da əlavə vaxt və xərc tələb etməklə yanaşı, həm də qoyulan invsetisiyanın 5 ilə yox 15 ilə qaytarılması deməkdir. Nəticədə sahibkar investisiya yatırmaq fikrindən daşınır və idxala üstünlük verir. Biz müasir iqtisadi tələblərə cavab verən yeni peşələri tədris etməliyik ki, həmin sahələrdə mütəxəssislərimiz yetişsin. Bu da imkan verəcək ki, yeni istehsal sahələri yaransın. Bununla biz də yerli tələbatı ödəməklə yanaşı, ixrac imkanlarımızı da artırmış olacağıq.
Bizim təklifimiz reallaşarsa, gənclər də öz marağı olduğu sahədə təhsil alıb, mütəxəssis kimi yetişər və fəaliyyətini də bu istiqamətdə qurar. Yoxsa müəllimlik oxuyub sonradan memar işləməz. Təlabat olan bütün sahələrdə peşə məktəblərinin yaradılması artıq həmin gənclərin işsizlik problemini də kökündən həll edəcək. Çünki sahibkarlar da peşə təhsili almış gəncləri öz müəssisəsinə cəlb etməyə can atacaq. Beləliklə kadr çatışmazlığı problemi də aradan qalxmış olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də


Alıntı
  • Grubu: Гости
  • ICQ: {icq}
  • Kayıt tarihi: --
  • Durumu:
  • Yorumları: 0
  • Makaleleri: 0
^
Предлагаю вам новый сервис, с помощью которого можно легко и быстро занять денег через интернет. Довольно удобно и выручает в сложной ситуации, когда нужно срочно занять небольшую сумму. Смотрите тут: займ 10000 рублей срочно на карту и тут: микрозаймы на карту онлайн срочно круглосуточно сайт экспресс-микрозайм.рф. У вас день рождения? Или хотите кого-то поздравить? Купите красивый презент к подарку - воздушный шарик. Интернет-магазин шаров купи-шары.рф предлагает множество вариантов здесь шарик купить. При необходимости активировать операционную систему можно воспользоваться специальной программой-активатором, которая быстро и без труда установить вам активатор для windows 7 профессиональная. Интересный сайт я нашел 1хбет букмекерская контора скачать посмотрите. Затеяли ремонт в квартире, то и входную дверь нужно поменять. А купить хорошую входную дверь сейчас не просто, поэтому предлагаю вам зайти на специальный сайт и самому посмотреть двери дионис. Только тут лучшие двери с установкой и доставкой. Смотрите так же микрозайм без отказа.