Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə və Almaniya İrana uçuşları DAYANDIRDI

Almaniyanın “Lufthansa” və Türkiyənin “Türk Hava Yolları” aviaşirkətləri İrana uçuşları dayandırıb.

Bu barədə aviaşirkətlər məlumat yayıb.

Məlumata görə, “Lufthansa”nın İrana uçuşları 28 mart 2027-ci il tarixinə qədər, “Türk Hava Yolları”nın uçuşları isə 1 mart 2027-ci il tarixinə qədər təxirə salınıb.

Sözügedən aviaşirkətlərin açıqladığı son məlumata əsasən, bölgədəki proseslər nəzərə alınaraq bu tarixlərə yenidən baxılması və uçuşların daha tez bərpa olunması ehtimalı var.

Lakin uçuş cədvəlindəki hər hansı dəyişiklik aviaşirkətlərin rəsmi elanından asılı olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də