Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

50 yaşlı Azərbaycan vətəndaşını öldürən şəxs azadlığa buraxıldı

50 yaşlı Azərbaycan vətəndaşını öldürən şəxs azadlığa buraxıldı

50 yaşlı kişinin ona qarşı cinsi zorakılığa cəhd etdiyi zaman həmin şəxsi öldürdüyünü bildirən yetkinlik yaşına çatmayan şəxs azadlığa buraxılıb.

Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Yeni əldə olunan ekspertiza rəyləri və digər sübutlar əsasında 15 yaşlı şəxsin ittihamı qəsdən adamöldürmədən — zəruri müdafiə həddini aşmaqla adamöldürməyə dəyişdirilib.

Hadisə iyunun 5-də Rustavidə baş verib. Ailə üzvlərinin iddiasına görə, 50 yaşlı kişi yeniyetməyə qarşı cinsi zorakılığa cəhd edib və o, özünü müdafiə etmək üçün bıçaqdan istifadə edib. Prokurorluq həmçinin yeniyetmənin həbs qətimkan tədbirinin daha yüngül tədbirlə əvəz olunması üçün məhkəməyə müraciət edəcək. Yığcam Göstər


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də