Son illər SOCAR-ın nəzdində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması istiqamətində müəyyən addımlar atlıb.Eyni zamanda şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması sahəsində də genişmiqyaslı işlər görülüb. Ancaq nədənsə Gəncə Qaz İstismarı İdarəsinın məsul şəxsi bu görülən işlərin üzərinə kölgə salır.
Gəncənin Muxtar Hacıyev küçəsinin sakinləri Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Azər Bayramovdan şikayətçidir.
Belə ki, yeni salınmış qəsəbənin qazlaşdırılması zamanı küçələrə çəkilən qaz xəttləri texniki əsaslandırmada nəzərdə tutlan qaydaya uyğun çəkilməyib.Həmin ünvanlardakı yerüstü qaz xəttləri yaşayış evlərinin divarları üzərindən keçməklə metal parçası ilə divara bərkidilib. Bu cür kustar üsulla çəkilən qaz xətti sakinlərin haqlı narazılığına səbəb olub.Halbuki,tələb olunan normativ və texniki təhlükəsizlik qaydalarına görə qaz xəttləri çəkilərkən hər 3-5 metr məsafədən bir dəmir boru dirəklərindən istifadə edilməlidr. Gəncə RQİİ-nin baş mühəndisi Azər Bayramova bu nöqsanların aradan qaldırılması ilə bağlı edilən şikayətə isə bu “cənabı-zəmanə” tıpkı Azərbaycan məmuru kimi cavab verib:”Siz kimsiniz ki, mənə göstəriş verirsiniz? Mən nəyin necə olduğunu özüm bilərəm.Get, əlindən gələni beş qaba çək”,-deyərək onu otaqdan qovub. Görünür, adı Baş mühəndis olan bu “cənabı-zəmanə” bilmir ki, dayaqlar üzərində çəkilmiş yerüstü qaz kəmərlərindən binalara və tikintilərə qədər olan horizontal üzrə binanın divarı boyu çəkilmiş qaz kəməri ilə rabitə və radio verilişi naqilləri arasındakı işıqda minimum məsafə (metrlə) («Rabitə və radio verilişi kabel xətlərində iş aparılan zaman təhlükəsizlik texnikası qaydalarından çıxarış») minimum işıq məsafəsi, (metr) Binalar və tikintilər Qazın təzyiqi, kqq/sm2-lə nəzərə alınmalıdır.Əgər dayağın hündürlüyü elektrik xəttinin hündürlüyündən artıqdırsa, qaz kəməri ilə elektrik xətti arasındakı məsafə qaz kəməri dayağının hündürlüyündən az olmamalıdır.Sakinlərin lentə aldığı videomaterialda qaz xəttinin necə çəkilməsinə mütəxəssis gözündən baxanda hər şey yuxarıda qeyd etdiklərimizi bir daha təsdiq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman deyib: “ Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda yox ha, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarına belə riayət etmirlər. İnsanlara yuxarıdan aşağı baxırlar və özlərini təkəbbürlü aparırlar.Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir”. Bütün bunların fonunda şşikayətçi də əlindən gələni beş qaba çəkmir.Mətubat vasitəsi ilə SOCAR rəhbərliyinə,“Azəriqaz” İstehsalat Birliyinin direktoruna müraciət edərək özünü “xan” kimi aparan mühəndis barəsində ölçü götürülməsini xahiş edir. Çnüki bu məmurcuq qanunları ayaqlar altına atır.
Gəncə RQİİ-nin çəkmiş olduğu qaz xətti videomaterialını təqdim edirk:
Namiq Mustafayev