Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hamilə tələbələrə 5 min manat verəcəklər – Bu şərtlərlə

Rusiyanın 38 regionunda hamilə tələbələr üçün birdəfəlik maddi yardım tətbiq olunub.

Ödənişin məbləği bəzi regionlarda 250 min rubla (5 026 manat) qədər çatır.

Hazırda bu ödənişlər Adıgey, Qaraçay-Çərkəz, Mari El, Tatarıstan, Çuvaşiya respublikalarında, Altay, Stavropol və Xabarovsk diyarlarında, bir sıra vilayətlərdə, eləcə də Sankt-Peterburqda tətbiq edilir.

Rusiya regionlarına ötən ildən etibarən əyani təhsil alan hamilə tələbələr üçün ən azı 100 min rubl (2 011 manat) məbləğində əlavə birdəfəlik ödəniş müəyyən etmək hüququ verilib. Regionlar yardımın verilməsi üçün əlavə şərtlər də müəyyənləşdirə bilərlər.

Məsələn, Xabarovsk diyarında ödəniş almaq üçün tələbənin 18–23 yaş arasında olması tələb edilir. Saratov və Penza vilayətlərində isə bu yardım yalnız əyani deyil, qiyabi təhsil alan hamilə tələbələrə də şamil olunur.

Əksər regionlarda ödəniş almaq üçün hamiləliyin ən azı 12 həftə olması və tələbənin həmin regionda minimum üç il yaşaması tələb edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də