Tovuzun qəhrəman və igid oğlu Şirinov Elmar “MÜSAHİBƏ”
Sizlərə söhbət açacağım Tovuz rayonunun qəhrəman igid oglu Şirinov Elmar Cəbrayıl oglunun yaşamış oldugu qısa və mənalı ömür yoluna , Elmarı övlad kimi böyütmüş, əmisi Tovuz rayon sakini Şirinov Nərimanla birgə nəzər salacağıq.
Müsahibim Elmarın əmisi Nəriman Elmarın qısa və mənalı ömür yolunu bizlərə ürək agrısıyla anlatsada qürurlu və məgrurlugu gözümdən yayınmırdı.Elmarın vətənpərvər ruhda böyüməsində təbiyiki onun böyük əməyi vardı.Elmar kiçik yaşlarında atasını itirsədə,əmisi ona atasıslıgı hiss etdirməmişdir.
Əslində müsahibə çoxlu suallar verilər,mənim isə,sizə bir sualım və alacagım onlarla cavab var.
Elmar sizin üçün kimdir?
Elmar mənim üçün qardaş oglu olasda,onu övladım kimi sevdim və boya başa çatdırdım.Bu gün mən fəxr
edirəm ki, Elmar kimi övladım var.Elmar həddindən artıq xalqına millətinə baglı biri idi.O,hələ kiçik yaşlarında olanda hərbiçi olacağını deyirdi.Elmar 2002 ci ildə anadan olmuşdu,06 iyul 2020 ci il tarixində həqiqi hərbi xidmətə çagrıldı. Elmar hərbi andı qəbul edən vaxtdan bir neçə gün sonra hərbi andına sadiq olaraq fədəkarlıq və mərdlik göstərərək canını vətən üçün əsirgəmədi.Qarabag vətən müharibəsi zamanı müəyyən istiqamətlərdə döyüşlərdə iştirak edən Elmarın son döyşü Şuşanın işgaldan azad olduğu zaman 08 noyabr 2020 ci il tarixində sona yetdi,qehramanlıq gösdererek andına sadiq çıxdı.Elmarın dəfin olunduğu gün gözlərimin önündən getmir.İnsan axını içərizində gənc nəsilin və Elmarın həmyaşıdlarının sayının çoxluğu Onun qazandığı hörmətdən və yüksəldiyi məqamdan irəli gəlirdi. Bir gün Elmar mənə zəng etdi.O,mənə ata deyirdi.Ata mən xüsusi təyinatlı dəstədə xidmət etmək istəyirəm dedi.Mən Ona bu şərəfli yolun asan olmadığını bildirdim.Ata mən bunu bacaracam narahat olma məndən dedi.Elmarın haqqında danışmaq mənə çətin olsada Onunla qürur duyuram. Elmara onun ömür yolu kimi qısa olan bir bənd şeir yazmışam.
Bu qısa ömrünlə sən tarix yazdın
İgid Elmar Şuşamızda zəfər çaldın.
Cismən aramızda olmasanda sən,
Səni sevənlərin qəlbində qaldın.
Bəli həqiqətən də Elmar Onu sevənlərin qəlbində igid və qəhramanlıgı ilə qaldı.Elmar barəsində çox danışmaq olar deməzdim,çün ki buna qısa bitən ömrü imkan verməz.Ancaq bu qısa ömürə sıgan,igidlik haqqında çox danışılacaqdır.
Bəxtiyar Sadayoglu