Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təhlükəli qüvvələr Azərbaycana vizasız daxil ola bilər – Deputat

Təhlükəli qüvvələr Azərbaycana vizasız daxil ola bilər – Deputat

İordaniya vətəndaşları üçün viza tələbinin aradan qaldırılmasından sonra Azərbaycana gələn şəxslər ciddi şəkildə yoxlanılmalıdır.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Azərbaycanla İordaniya arasında qarşılıqlı vizasız gediş-gəlişə dair sazişin müzakirəsi zamanı bildirib.

Deputat Yaxın Şərqdə müxtəlif təhlükəli təşkilatların fəaliyyət göstərdiyini xatırladaraq, vizasız rejimin mümkün təhlükəsizlik risklərinin nəzərə alınmasının vacibliyini vurğulayıb:

“‘Müsəlman Qardaşları"nın İordaniyanın özünə qarşı illər boyu mübarizə apardığını, bölgədəki qonşu ölkələrdə də təhlükəli fəaliyyət göstərdiyini bilirik. Buna görə Azərbaycana kimlərin gəldiyi barədə məlumat toplanmasını və prosesə ciddi nəzarət edilməsini istərdim”.

A.Mollazadə Azərbaycanın geostrateji mövqeyinə və tranzit imkanlarına diqqət çəkib:

“Narahatlıq doğuran məsələ Azərbaycan vətəndaşlarının vizasız gediş-gəlişi deyil, təhlükəli qüvvələrin ölkəmizə vizasız daxil ola bilməsi ehtimalıdır. Bu istiqamətdə ciddi nəzarət həyata keçirilməli və mümkün təhlükələrin qarşısı alınmalıdır”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan və İordaniya ümumvətəndaş pasportuna malik vətəndaşlar üçün qarşılıqlı viza tələbini aradan qaldırması ilə bağlı qanun layihəsi ilə əlaqədar Asim Mollazadənin mövqeyinə cavab verib. Komitə sədri təhlükəsizlik məsələlərinin saf-çürük edildiyini qeyd edib. "Əgər iki ölkə arasında belə bir məsələ razılaşdırılıbsa, deməli, təhlükəsizlik məsələləri müzakirə edilib. O baxımdan qanun layihəsi müzakirəyə tam hazırdı",- deyə komitə sədri vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də