Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda məsciddə yanğın olub

Bakıda məsciddə yanğın olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda məscid ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Qurumdanverilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də