Dəhşətli partlayışın Episentri İsrail və Kipirdə də his edilib. Ölü saysı durmadan artır VİDEO
Livanın "Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.
Riatv.az xəbər verir ki, bu barədə "Al Arabiya” telekanalı özünün "Twitter” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.
Livan Səhiyyə Naziri bildirib ki, partlayış nəticəsində 25 nəfər ölüb, 2200 nəfər yaralanıb. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.
Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.
Hadisənin Terror aktı olub olmadığı isə araşdırılır.