Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Süni intellekt nəzarətdən ÇIXDI: İnsanların anlamadığı GİZLİ DİL yaratdı

Süni intellekt (Aİ) modelləri ingilis dilinin özünəməxsus variantlarını yaradaraq bu dildə ünsiyyət qurmağa başlayıblar. Artıq həmin dili heç kim başa düşmür, bu isə modellərə nəzarəti çətinləşdirir.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, neyroşəbəkə dili poeziyadan və texniki mütəxəssislərin slenqindən götürülmüş elementləri özündə birləşdirir.

Dünyanın ən böyük şirkətlərinin Aİ modelləri onlara birbaşa öyrədilməyən ifadələr, terminlər və qısaltmalar formalaşdırır. Onların istifadə etdiyi metafora və jarqonlar insanların bu modellərin nə haqqında danışdığını anlamasını çətinləşdirir.

“Bu, süni intellektə nəzarətdə fundamental problem yaradır”, - deyə ABŞ-nin “Emergence” laboratoriyasının tədqiqatçıları bildiriblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də