Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xalq artisti 80 milyon manatlıq ev alıb?

Xalq artisti 80 milyon manatlıq ev alıb?

Xalq artisti Röya Ayxanın 80 milyon manatlıq mənzil alması ilə bağlı iddialara aydınlıq gətirilib.

Müğənninin prodüsseri Kənan Bayramov Qaynarinfo-ya açıqlamasında həmin mənzilin Röyaya aid olmadığını bildirib:

“Boş söhbətlərdir, belə məlumatlara inanmayın. Röyanın belə bir evi oldu və onu heç kəs bilmədi, ancaq rəy yazanlar bildi? Röyanın bir evi var, onu da hamı görüb. Yolun kənarında yerləşir, hər gün çəkiliş edir, bütün respublika evin hər küncünü görüb. Röyanın belə evi olsaydı, elə orada yaşayardı”.

Kənan Bayramov 80 milyonluq evin başqa bir şəxsə aid olduğunu vurğulayıb.

Qeyd edək ki, mənzil eksperti Vüqar Əliyev Nazim Qasımzadənin “Uzun sözün qısası” podcastına müsahibəsində Bakıda 80 milyon manata ev satıldığını bildirib. İzləyicilər sözügedən mənzilin xalq artisti Röya Ayxana satıldığını bildirib. Amma bu iddialar hələ təsdiqlənməyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də