Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millət vəkili A.Məmmədov" keçmiş əsir" Kəlbəcərli D.Əsgərovla görüşüb FOTO

Əsirlikdən azad olan Dilqəm Əagərovu bir qrup ziyalılar ziyarət etdi. 
 Azərbaycan xalqının qeyrətli oglu Dilqəmin görüşünə gələn,Kəlbəcər rayonunun Millət vəkili Aqil Məmmədov Kəlbəcər rayon İcra Hakimiyyətinin birinci müavini Eldəniz Mehtiyev ,şair Əlqəmə və bir sıra ziyalılar Dilqəm Əsgərova və onun ailəsinə gözaydınlığı verdi.Millət vəkili Aqil Məmmədovun və ziyalıların çıxışlarında bəzi qürur verici məqamlara toxunuldu.Həqiqətəndə Dilqəmin ailəsində və o cümlədən onu istəyən hər bir şəxs üçün,ikili sevinc və bayram idi . Azərbaycan dövlətinin Qarabağ vətən müharibəsi zamanı işgal altında olan torpaqlarımızın geri qaytarılması sevincinə daha bir sevinc əlavə olunmuşdu.Erməni  əsirliyində olan Dilqəm Əsgərov altı il  yarım əsirlik həyatından bəzi məqamlara toxundu. Dilqəmin əsir götürüldüyü andan azadlıga qovuşduğu ana kimi danışdıqlarnı,onun görüşünə gələn hər bir şəxs diqqətlə dinləyirdi.Dogurdanda ermənilərin nəcə şərəfsiz və nəcə qəddar oldugu canlı şahid tərəfindən ürək agrısıyla dinlənilirdi.Kəlbəcər rayon İcra Hakimiyyətinin Başcısı Azər Qocayevin,gözaydınlığı və təbriki Kəlbəcər rayon İcra hakimiyyətinin birinci müavini Eldəniz Mehtiyev tərəfindən Dilqəm Əsgərov və onun ailsinə çatdırıldı.Dilqəm Əsgərovun ailəsi,Dilqəmin əsirlikdə oldugu müddətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin onlara göstərdiyi diqqət və qayğıdan danışdı. Aqil məmmədov: Sitat Dilqəm Əsgərovun övladı Kürdoglu atası üçün apardığı mübarizə heç vaxt yadımdan çıxmaz. Bu gün isə Kürdoglunun gözündəki sevinc Azərbaycan xalqının iradəsinin sarsılmaz olmasından xəbər veririrdi.Qarabağ müharibəsi başlamamışdan  öncə,erməni dıgaları Azərbaycanın Dilqəm kimi qorxmaz övladlarının olduğunu bilirdi. "Mən bura Dilqəmin Kəlbəcərdən olduğu  üçün gəlməmişəm,Dilqəm Azərbaycan xalqının  qeyrətli oğlu olduguna görə gəlmişəm". Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək,itirilmiş torpaqlarını geri qaytarmaqla namusuna,qeyrətinə dəyən ləkəni təmizləmiş oldu.
Cənab İlham Əliyevin aparmış oldugu uzaqgörən siyasətin nəticəsi əsasında başımızı dik tutur,qürurla gəzirik.Bu qələbədə təbii ki,qardaş Türkiyənin mənəvi dəstəyi danılmazdır deyərək Aqil Məmmədov öz çıxışında bu məqamlara da toxumdu:
      Qarabağ  vətən müharibəsi zamanı "Türk Türkün qardaşıdır" şüarı öz həqiqliyini bir daha sübut etdi.
Biz Dilqəmin bu gün danışdıqlarından heyrətə gəlməklə yanaşı,həmdə onun vətən ağrısı ilə yanan ürəyinin nece rahatlaşdığını hiss edirdik. Möhtərəm ali baş komandan cənab prezident İlham Əliyevin apardığı həm daxili həm xarici siyasətin nəticəsində ikinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin! Sitatın sonu.
 Erməni mənfurları cavan bir ömrün çiçəyini nece qırıb məhv etdiklərini biz bir Dilqəmi dinlərkən min Dilqəmlərdə daha kəşf etdik. Sırf bu aciz düşmənlərin etdikləri cinayətlərə görə Dilqəm kimi neçə-neçə oğullarımız  öz balalarına vətəni sadəcə nağıllarda danışdı,şeirlərdə dinlətdi.Belə Dilqəmlərimiz çoxdu. Əslində istər Kəlbəcərdə,istərsə də Şuşada yarım qalan ömürlərinin çiçəklənmiş günlərini vətənə qovuşmaqla yaşamaq istəyən Dilqəmlərimiz. Gözünüz aydın :"Vətən sizə,siz Vətənə qayıtdınız".        
Regiontv.info
Bəxtiyar Sadayoğlu.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də


Alıntı
  • Grubu: Гости
  • ICQ: {icq}
  • Kayıt tarihi: --
  • Durumu:
  • Yorumları: 0
  • Makaleleri: 0
^
Временное решение денежных трудностей с помощью микрозайм онлайн на карту срочно без отказа и проверок круглосуточно. Или например с помощью займ онлайн бесплатно. Тут есть много разных вариантов займов, как на небольшую сумму, так и приличную. Смотрите сами.Здесь недорогие шарики москва предлагается множество шаров для праздника, в том числе и для дней рождения. При необходимости активировать операционную систему можно воспользоваться специальной программой-активатором, которая быстро и без труда установить вам скачать activator windows 7. Интересный сайт я нашел 1xbet зеркало сайта официальный сайт вход россия посмотрите. Затеяли ремонт в квартире, то и входную дверь нужно поменять. А купить хорошую входную дверь сейчас не просто, поэтому предлагаю вам зайти на специальный сайт и самому посмотреть дверь входная металлическая купить в электроугли. Только тут лучшие двери с установкой и доставкой. Помимо этого рекомендую посмотреть тут все займы онлайн на карту об этом много информации.