Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vəfa Şərifovadan etiraf: “Bu, bir qadın üçün utancvericidir”

Müğənni Vəfa Şərifova övladlarının sənədlərini sosial şəbəkədə paylaşmasının səbəblərinə aydınlıq gətirib.

O, “Tarixin bir günü” verilişində bildirib ki, bu addımı atmağa məcbur olub.

İfaçı deyib ki, bunu bir ana üçün son dərəcə utancverici hal sayır:

“Mən məcbur qalıb övladlarımın sənədini paylaşdım. Bu hərəkət bir ana, bir qadın üçün çox utancvericidir. Allah heç kəsi buna məcbur etməsin. Allah qarşımıza düşmənin də həyalısını, mərdini çıxarsın.

Bu, istənilən qadın üçün utancverici bir şeydir. Bəzən sosial verilişlərə baxırdım, bəziləri DNT analizi verirdi, o qadınların yerinə o qədər utanırdım ki... Məni bu vəziyyətlərə salanı Allaha tapşırmışam! Allah hər kəsin cəzasını verəcək”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də