Müğənni Afət Fərmanqızı həyat yoldaşı Mamed Nanacanov haqqında şok fikirlər səsləndirib.
Müğənni həyat yoldaşı ilə boşanmaq ərəfəsindədir. Afət Fərmanqızı bununla bağlı TikTok hesabında canlı yayımda ona ünvanlanan sualları cavablandırıb.“”Balta Mamed” əlində balta küçələrdə gəzir. Yiyəsinə müraciət etmişəm. Zatən yiyəsi yoxdur, Sahibi yoxdur. Polisə onunla bağlı müraciət etmişəm. İstəmirdim ki,belə olsun. Ancaq bunları özü istədi...”,-deyə A.Fərmanqızı bildirib.
Afət Fərmanqızı daha sonra bildirib ki, həyat yoldaşının müğənnilərlə xəyanətini də tutub.
“Onun 3 dəfə xəyanətini tutdum. Özü də alfonsdur. Harada varlı,imkanlı müğənnilər varsa,onlara yazıb. Əlimdə onun xəyanətinin sübutu olan yazışmalar var. Yaxında onları da paylaşacam. O,xəstədir, başı xarabdır. Görəsən, əvvəlki kimi kasıb olsaydım,yenə arxamca sürünərdimi? Əlbəttə ki, yox...”,-deyə müğənni bildirib.
Qeyd edək ki, Afət Fərmanqızı Mamed Nanacanovun üçüncü həyat yoldaşıdır.