
Əməkdar artist Xumar Qədimova saxtakarlıqla üzləşib.
Bununla bağlı sənətçi instaqram səhifəsində post yayımlayıb.
Qədimova bildirib ki, adından saxta konsert afişaları yayılıb:
"Diqqət! Mənim adımdan konsert postları qarşınıza çıxa bilər. Amma bunlara inanmayın. Əgər haradasa mənim konsertimin olacağı anonsunu görsəniz, bizim özümüzlə əlaqə qurub, bunun gərçək olub-olmadığını dəqiqləşdirib sonra bilet alın".