Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müğənnini təqib edən şəxsin kimliyi bilindi - Polisə çağırıldı

Müğənnini təqib edən şəxsin kimliyi bilindi - Polisə çağırıldı

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi bəlli olub və o, polisə çağırılıb.

 Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: “Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

 Qeyd edək ki, ötən gün müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə üzləşib. S.Sanaliyeva yaşadığı evə qayıdarkən, bir nəfər kişi tərəfindən təqibə məruz qalaraq, qorxudulub. Bununla bağlı müğənni "Instagram" səhifəsində paylaşım edib. Paylaşımdan sonra polis dərhal araşdırmaya başlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də