
Xanəndə Eldəniz Məmmədov qızı Nəzrinə toy edir.
Bu barədə sənətçi "7 Tamam" verilişində danışıb.
O, məclisin iyunun 11-də Bakıda keçiriləcəyini bildirib.
Qeyd edək ki, Eldəniz Məmmədovun qızı ötən ilin noyabrında Kamran adlı bəylə nişanlanıb. Xanəndənin bir qızı və bir oğlu da var.