Xalq artisti Bilal Əliyev 90-cı illərdə toylarda üzləşdiyi hərc-mərclikdən danışıb.
Bu barədə O "Elgizlə izlə" verilişində söz açıb.
“1993-cü ilin iyununda vətəndaş qarşıdurması başladı. İnanın, o illərdə o qədər zülmlər çəkdik ki... Biz toylara gedə bilmirdik. O zamanlar mən və bir sıra həmkarımız çox dəbdə idik. Biz ən bahalı məclisləri aparırdıq. Toydan yığılan pulları ələ keçirib, bizi silahla qorxudurdular. Onlar bütün pulları alırdılar”, - deyə B.Əliyev vurğulayıb.