Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Planlarım var, yavaş-yavaş fəaliyyətə başlayacam" - Cavanşir Quliyev


Ötən ay Türkiyədə səfərdə olarkən halı pisləşərək xəstəxanaya yerləşdirilən Cavanşir Quliyevin müalicəsi Bakıda davam edir.

 Bu barədə o,  açıqlamasında bildirib.

 74 yaşlı bəstəkar vəziyyətinin yaxşılaşdığını söyləyib:

 “İndi Bakıdayam. Şükür Allaha yavaş-yavaş düzəlirəm. Müalicəm davam etdirilir. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram. Səhhətimlə maraqlananlar çoxdur.  Dostlar, tanışlar, elə jurnalistlər də zəng edib maraqlanırlar. Yavaş-yaşaş fəaliyyətə başlayacam.  Xəstəlikdən sonra hələki nəsə yoxdur. Ancaq sırasını gözləyən planlarım var, onları davam etdirəcəm. Yaxşılaşdıca, onları  həyata keçirməyə başlayacam”. 

 Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilib. Bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də