Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”






“Gün o gün olsun, Allah o günü bizə qismət etsin ən azından ad günü də keçirməsək, işğalda qalan torpaqlarımızın havasını alım”

Bunu açıqlamasında aktrisa Mehriban Xanlarova deyib. 

Qeyd edək ki, M.Xanlarovanın bu gün doğum günüdür:

“Təbrikiniz üçün çox sağ olun. Şəhidlərimizdən sonra təmtəraqlı ad günü keçirmək bizə yaraşmaz. Gün o gün olsun, Allah o günü bizə qismət etsin ən azından ad günü də keçirməsək, işğalda qalan torpaqlarımızın havasını alım. Bu mənim üçün böyük hədiyyə olardı. Allah sərhəddə olan əsgərlərimizi, Azərbaycanımızı qorusun, tezliklə bu bəlanı başımızdan uzaq etsin. Hamıya da Allahdan sağlam can arzulayıram, çünki insanın birinci sağlam canı olmalıdır. Yəni pul, var-dövlət ən axırıncı şeylərdir. İnsanın sağlam canı olanda Allah çörəyini hardan olsa verir”. 
Qeyd edək ki, M.Xanlarova 1967-ci il avqustun 12-də Bakıda anadan olub. 1984-cü ildə Yasamal rayonundakı 190 saylı orta məktəbi bitirib. İki il Bakıda uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də