Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Etiraz edən varsa, gəlsin isbat edim ki..."





 
Müğənni Nadir Qafarzadə fəxri ad almadığı üçün qəzəblənib.
Ötən gün müğənni Nadir Qafarzadə fəxri ad alan həmkarlarını təbrik etdikdən sonra digər sənətkarların bu siyahıdan kənarda qalması ilə bağlı gileyini bildmişdi. Onun bu etirazı digər həmkarlarını da danışmağa zövq etdi.
 
 Belə ki, ifaçı Afət Fərmanqızı da açıqlamasında bu adların hamıya verilməsini tələb etdi, hətta yeri gələndə özünü xalqın artisti adlandırmaqdan da çəkinmədi:

“Bir çox imkanlı şəxslərin evində bir xəstə olanda onu Avropaya, inkişaf etmiş ölkələrə aparırlar. Elm dalınca övladlarını Avropaya göndərirlər? Niyə ki, övladlarını burada oxutdursunlar da? Bu o deməkdir ki, o insanlar da dərk edir ki, bəzi mövzularda Avropa bizdən daha  öndədir. Onlardakı vəziyyəti isə kənardan müşahidə edirəm.
Elə götürək Amerikanı, onlarda heç zaman xalq, əməkdar artist söhbəti olmayıb. Təsəvvür edinki, xalq artisti Maykl Çeksın deyirlər. Bu çox gülməli görünür. 
Biz Sovetin tərkibində olanda müğənnilərimiz pambıq, üzüm yığanlara konsertlər verirdilər. Həmin müğənniləri daha da ruhalandırmaq üçün məhz bu fəxri ad məsələsini çıxardılar. Bu məsələ də elə o vaxtdan qalıb. İnşallah o da aradan götürülər. 
Bu gün isə əgər fəxri ad verilirsə hamıya verilsin. Mən xalqın artistiyəm. Gərək onu mənə rəsmi şəkildə versinlər? Bu adı özümə özüm vermişəm, etiraz edən  varsa gəlsin isbat edim ki, mən xalqın artistiyəm.  Elə xalq artistləri var ki, onlara dövlət tərəfindən fəxri ad da veirlib. Ancaq xalq onları tanımır, bir mahnılarını da eşitməyiblər. Gedin bölgələrə, ən ucqar yerlərimizə görün xalq məni necə sevir, mahnılarımı əzbər bilir. Övladlarının ən gözəl günündə məni arzu edirlər. Mənimdə bu sahədə müəyyən zəhmətim, əziyyətim var, dövlət tədbirlərində də oxumuşam, müəyyən tədbirlərdə bacardığım qədər təmənnasız gedib ifa da etmişəm. Heç vaxt da dilimə gətirməmişəm ki, mən oxumuşam niyə mənə fəxri ad vermirsiniz? Dövlətin tədbirlərində təmənnasız oxumuşamsa onun üçün bu ad mənə də verilməlidir.

 Nadir Qafarzadəyə gəlincə isə  ona da fəxri ad verilsə yaxşı olar. Sənəti də var, xalq sevgisi də”. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də