Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bir aydan çoxdur ayrı yaşayırlar - Aynişanla Kənanın ayrılıq səbəbi bilindi






Xəbər verdiyimiz kimi Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyevi "Instagram"da izləmədən çıxarıb.

Barələrində boşanma iddiaları yayılan Aynişan-Kənan cütlüyünün analoji qərarından sonra Haşımovanın da bu addımı atması yayılan xəbərlərin həqiqətə yaxın olması barədə şübhələri artırıb. Maraqlıdır ki, əməkdar artist də qızı kimi K.Əliyevlə olan fotoları hesabından silib. Əldə etdiyimiz məlumata görə, cütlük bir aydan artıqdır ki, ayrı yaşayır.

Onların münasibətlərinin qısqanclıq zəminində pozulduğu da iddialar sırasındadır. Sadəcə bu vaxta qədər hər iki tərəf xəbərin mediaya sızmamasına çalışıb. Bildirilir ki, gəncləri barışdırmaq üçün məsələyə Aybəniz Haşımovanın böyük bacısı, Xalq artisti Şahnaz Haşımova da müdaxilə etməyə çalışsa da, tərəflər sənətkarın təklifindən imtina ediblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də