Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Parlaq Ulduzlar" layihəsi çərçivəsində rəqs müsabiqəsi keçirildi - FOTOLAR / VİDEO

 

13 iyul 2025-ci il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyi tərəfindən həyata keçirilən "Parlaq ulduzlar – gənc istedadların tanıdılması" layihəsi çərçivəsində möhtəşəm rəqs müsabiqəsi təşkil olundu.

regiontv.info xəbər verir ki, müsabiqənin əsas məqsədi ölkənin müxtəlif bölgələrindən olan istedadlı gəncləri üzə çıxarmaq, onların bacarıqlarını geniş ictimaiyyətə təqdim etmək və milli-mədəni dəyərlərimizin qorunmasına töhfə vermək idi.

Tədbirdə müxtəlif yaş qruplarını təmsil edən gənc rəqqas və rəqqasələr çıxış etdilər. Onlar həm milli rəqslərimizi, həm də müasir səhnə hərəkətlərini böyük peşəkarlıqla təqdim etdilər. Müsabiqə iştirakçılarına münsiflər heyətinin obyektiv qiymətləndirməsi prosesi başa çatdıqdan sonra diplom və hədiyyələr təqdim olunacaq.

Tədbir ictimaiyyət nümayəndələrinin, valideynlərin və mədəniyyət sahəsində çalışan şəxslərin böyük marağına səbəb oldu. Layihə çərçivəsində istedadlı gənclərin dəstəklənməsi və onların gələcək inkişafına stimul verilməsi prioritet istiqamət kimi vurğulandı.

"İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyi olaraq inanırıq ki, belə təşəbbüslər gənclərin yaradıcı inkişafı və milli irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də