
Martın 1-dən başlayan Ramazan ayı və qarşıdan gələn Novruz bayramı restoranlarda canlanmaya səbəb olub. Ənənəvi olaraq, Novruz bayramında ailəvi süfrə başına yığışan insanlar, eyni zamanda, iftar vaxtı restoranlarda xüsusi menyulara üstünlük verirlər. Bu isə kafe və restoranlarda qiymət artımına təsir edib.
Bakıda və bölgələrdə fəaliyyət göstərən bir çox iaşə obyektləri iftar üçün xüsusi menyular təklif etməyə başlayıblar. Bu menyular əsasən şorba, salat, isti yemək, desert və çaydan ibarətdir. Qiymətlər restoranın səviyyəsindən və təqdim olunan yeməklərdən asılı olaraq dəyişir. Orta hesabla bir nəfərlik iftar menyusu 10-50 manat arasında dəyişir.
Bəzi restoran sahibləri Ramazan və Novruzun üst-üstə düşməsinin müştəri sayına müsbət təsir etdiyini bildirirlər. Lakin bəzi vətəndaşlar qiymət artımından narazıdır. Onların sözlərinə görə, əvvəlki illərlə müqayisədə restoranlarda yemək xərcləri daha yüksəkdir.
İqtisadçı ekspert Emin Qəribli bildirib ki, ümumilikdə, keçən ilə nisbətən qiymətlərdə dəyişim ola bilər.