Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaricdə evlənən vətəndaşlarımız - Səfirliklərdə bağlanan NİKAH SAYI

Xaricdə evlənən vətəndaşlarımız - Səfirliklərdə bağlanan NİKAH SAYI

2024-cü il ərzində Azərbaycan Respublikasında 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınıb. 

Qeyd edək ki, xarici ölkələrdə də Azərbaycan Respublikası vətəndaşı nikah üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edirlər.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Bəs Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində neçə nikah aktı qeydə alınıb?

Ədliyyə Nazirliyi saytının bununla bağlı sorğusunu cavablandırıb. 

Qurumdan bildirilib ki, 2024-cü il ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən 193 nikah haqqında akt qeydi rəsmiləşdirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də