
Hava şəraiti ilə əlaqədar olaraq bəzi ali təhsil müəssisələrində tədris sabah da onlayn olacaq.
Həmin universitetlər aşağıdakılardır:
Bakı Mühəndislik Universiteti,
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Xəzər Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Bakı Avrasiya Universiteti.
Lakin fevralın 23-də tədrisi onlayn və ya hibrid formada keçirilmiş universitetlərin çoxu ənənəvi tədris modelinə qayıdıblar. Həmin ali təhsil müssisələri bunlardır:
Azərbaycan Dövlət İqtisad Universiteti,
Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
Azərbaycan Milli Konservatoriyası,
Azərbaycan Dillər Universiteti.