Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aeroportlarda VİP-dən istifadə bu şəxslərə də şamil olundu - SİYAHI

Aeroportlarda VİP-dən istifadə bu şəxslərə də şamil olundu - SİYAHI

Aeroportlarda VİP-dən istifadə etmək hüququ olan şəxslərin siyahısı genişlənib.

 Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.

Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə müdiri, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini” sözləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini əlavə edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də