Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabahdan ali məktəb və kollec imtahanlarına qeydiyyat BAŞLAYIR

Sabahdan ali məktəb və kollec imtahanlarına qeydiyyat BAŞLAYIR

Sabahdan ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat (ərizə qəbulunun I mərhələsi) başlayır.

 Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Qeyd edək ki, ali məktəbələqə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart 2025-ci il tarixlərində keçiriləcək.

Eksternat qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı 6 apreldə oılacaq.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı (ərizə qəbulunun ikinci mərhələsi) aprel – may aylarında həyata keçriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də