Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda doğum sayı AZALIB

Azərbaycanda doğum sayı AZALIB

2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102 min 310 doğulan körpə qeydə alınıb.

Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10-a düşüb.

Ötən il ölkədə 58 min 909 ölüm halı qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

Ölənlərin 2 min 519 nəfəri (4,3 faizi) 0-17 yaşda, 5 min 880 nəfəri (10,0 faizi) 18-49 yaşda, 14 min 693 nəfəri (24,9 faizi) 50-64 yaşda, 35 min 817 nəfəri (60,8 faizi) isə 65 və yuxarı yaşda olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də