Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sənədsiz evlər GÜNDƏMDƏ - mərhələli şəkildə...

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamran Bayramov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzənin müzakirəsi zamanı sənədsiz evlərdən danışıb.

 məlumatına görə, deputat bildirib ki, cəmiyyətimizi narahat edən məsələlərdən biri sənədsiz evlərin sənədləşdirilməsidir:

“Sənədsiz evlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bəziləri 500 min, 700 min və ya 1 milyon sənədsiz evin olduğunu deyir. Təkcə Bakı şəhəri üzrə 500 min sənədsiz ev mövcuddur”.

KAMRAN.jpg (48 KB)

K.Bayramov qeyd edib ki, bunların arasında qanunsuz, qadağan olunmuş ərazidə tikilən evlər var:

“Bu yerlərdə vətəndaşlara mülkiyyət sənədlərinin verilməsi mümkün deyil. Bir milyona yaxın sənədsiz ev varsa, ölkə bələdiyyələri bu qədər əmlakdan vergi yığa bilmir. Bu, çox böyük vəsaitdir. Mərhələli şəkildə sənədsiz evlərin sənədləşdirilməsi işi davam etdirilərsə, bu, bələdiyyələrə böyük köməklik göstərər, onların maliyyə imkanları artar. Sənədsiz evlər sənədləşirsə, ölkənin əmlak bazarı, bank sektoru canlanır.

Sənədsiz evləri istifadə edənlər həmin əmlak üzərində sərəncam vermək hüququna malik deyillər. Onu alqı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qəbul etdiyi fərmanları nəzərə alsaq, əminəm ki, bu istiqamətdə tədbirlər davam etdiriləcək”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də