
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazsində yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu barədə “Azərişıq”dan bildirilib.
Məlumata görə, 110/35/6 kV-luq ETK yarımstansiyadan qidalanan 6 kV-luq Binəqədi 1, Binəqədi 2 hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Binəqədi kənd və yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.