“Otuz iki ili Cəbrayılsız yaşadıq. Düzdür, mən oradan ayrılmağa məcbur olanda uşaq idim, amma doğma yurddan aralı qalmaq, məcburi köçkün həyatı yaşamaq çox çətindir. Bu gün isə 35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır”.
Bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl şəhərinə geri qayıdan keçmiş məcburi köçkün Amil Əliyev söyləyib. A. Əliyev öz dədə-baba torpağına qayıtmağın, orada yaşamağın gözəl hisslər olduğunu vurğulayıb. Bildirib ki, bu hissləri sözlərlə ifadə etmək mümkün deyil.
O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna öz təşəkkürümü bildirib.