Son günlər ölkədə hərbi xidmətə çağırışla bağlı məsələlər geniş müzakirə mövzusuna çevrilib. Maraq doğuran mövzulardan biri də hərbi xidmətdən möhlət alınması ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycanda bir çox xəstəliklərə görə hərbi xidmətdən möhlət verilir.
Son illər Azərbaycanda çənə anomaliyalarının breketlə müalicəsi üsulu geniş ayılıb. Breketdən istifadə edən gənclər hərbi xidmətə aparılırmı?
Məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətindədirsə, şəhadətləndirilərkən yalniz bir dəfə möhlət verilir.
Qeyd edilib ki, "çənədə və ya əngdə 10 və daha artıq dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi, çənədə və ya əngdə 8 azı dişin olmaması, əngdə bir tərəfdən 4 azı dişin, çənədə digər tərəfdən 4 azı dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi” üzrə şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının 49-cu maddəsinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.