Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda son 40 ilin ən soyuq qışı gözlənilir - VİDEO

Azərbaycanda son 40 ilin ən soyuq qışı gözlənilir - VİDEO

Azərbaycanda son 30-40 ilin ən soyuq qışı gözlənilir.

Bunu Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, ötən əsrin 70-ci illərinə qədər qış daha sərt keçirdi. Bu isə periodik hadisə hesab olunur. Bu səbəbdən yenidən kəskin soyuğa və yağıntıya hazır olmaq lazımdır. Yağıntının bol olması nəticəsində Xəzərdə suyun artacağı, sahillərin yenidən öz yerinə qayıdacağı gözlənilir.

Ənvər Əliyev bildirib ki, ötən il ölkənin bəzi ərazilərinə yağıntının miqdarı 40 faiz artıq düşmüşdü. Bu il də kifayət qədər bol yağıntı olub.

Ənvər Əliyev qeyd edib ki, proqnozlaşdırılan soyuq və bol yağıntılı qış Azərbaycanda bir sıra problemləri həll edə biləcək. Elə ona görə də bu, arzuolunandır.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də