Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şaxta babanın "saxta" hədiyyə qutuları - XƏBƏRDARLIQ

Şaxta babanın "saxta" hədiyyə qutuları - XƏBƏRDARLIQ

Yeni ilin gəlişinə az qalmış marketlərdə hədiyyə paketləri öz yerini almağa başlayıb. Ancaq bir çox valideynlər övladlarına bu hədiyyə paketlərini almaqdan çəkinirlər.

 Mövzu ilə bağlı  danışan qida ekspert Fərid Səfərov bildirib ki, o da marketlərin girişində qalaq-qalaq yığılan yeni il hədiyyə qutuları ilə rastlaşır:

“Hədiyyə qutularının içərisinə ucuz və keyfiyyətsiz şirniyyat və şokoladlar qoyulur (uşaqların xoşladıqları). Ancaq sağlamlığa faydasına və qida dəyərinə baxsaq, tullamaq daha məqsədəuyğun olar.  Bu qidalar "Junk food" qidalar kateqoriyasına daxildir”.

 

Ekspert bildirib ki, ucuz və keyfiyyətsiz şirniyyat və şokoladlar uşaqlarda metobolizmin zəifləməsi, piylənmə, mədə-bağırsaq, allergik və digər xəstəlikləri yaradır:

 

“Qutularda həm də çox kiçik, amma çox vacib nüans var və əksəriyyət buna diqqət etmir. Qutuların üzərində qeyd olunan tarix qutunun qablaşma tarixidir və içindəki məhsula heç bir aidiyyatı yoxdur! Almaq məcburiyyətində qalsanız, təklif edirəm ki, hədiyyəni özünüz hazırlayasınız. Məhsulların istehsal tarixinə baxmağınız tövsiyə olunandır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də