
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-ün məlumatına görə, ən çox virusa yoluxma və ölüm halı bu dövrdə Konqo Demokratik Respublikasında (DRC) qeydə alınıb
Son bir ayda Anqola meymunçiçəyi xəstəliyinin aşkar edildiyi ölkələr sırasına qoşulub. 2022-ci il yanvarın 1-dən bu il oktyabrın 31-dək dünya üzrə 115 101 təsdiqlənmiş meymunçiçəyi hadisəsi, o cümlədən 255 ölüm halı müəyyən edilib.
Meymunçiçəyi qlobal sağlamlıq fövqəladə halı ilkin olaraq 2022-ci ilin iyulundan 11 may 2023-cü ilə qədər qüvvədə idi. Xəstəliyin azalması səbəbindən fövqəladə vəziyyət ləğv edilib. Lakin bu il avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Afrikada xəstəliyin yayılması ilə əlaqədar yenidən fövqəladə vəziyyət elan edib.