Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev tutduğu vəzifədən azad edilib.
O, işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Mehman Rzayev 2014-cü ildən Gəncə Tibb Kollecinə rəhbərlik edirdi.
Xatırladaq ki, noyabrın 14-16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib.