
Azərbaycanda yeni xəstəlik yaranıb.
Bu barədə İTV-nin süjetində deyilir.
Sözügedən xəstəlik “Venirikatanuriya” adlanır və dərmanı tapılmır. Sözügedən xəstəliyin müalicəsi üçün xüsusi qidalar və dərmanlar tələb olunur.
Xəstəlikdən əziyyət çəkən gəncin valideyni bildirib ki, həmin insanlar 2 gün adi rejimdə qidalansalar, 3-4 aylıq müalicələri heç olacaq. Onlara ömürlərinin sonuna kimi mal və toyuq əti yemək qadağandır. Xəstəliyin aylıq müalicə xərci isə 1500-2000 manat arasındadır.
Xəstəlik dünyada 1960-ci ildən mövcuddur. Xəstəliyin səbəbini daha çox genetik faktorlarla bağlayırlar.
Daha ətraflı videomaterialı təqdim edirik: