Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycana 80 yeni təcili tibbi yardım maşını gətirilib

Azərbaycana 80 yeni təcili tibbi yardım maşını gətirilib

“Ambulans təminatı önəmli məsələlərdən biridir. COP29 konfransı ərəfəsində 80-ə yaxın yeni təcili tibbi yardım maşını ölkəmizə gətirilib. Mövcud ambulans parkı tələbatı ödəmək üçün yetərlidir”.

Bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən “COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkili”nə dair brifinqdə söyləyib.

V.Qurbanov qeyd edib ki, COP29 konfransı zamanı qonaqlara və iştirakçılara yüksək səviyyədə tibbi xidmətlərin təmin edilməsi məqsədilə hərtərəfli tədbirlər görülüb: “Bu tədbirlər çərçivəsində yeni təcili tibbi yardım maşınları müasir texnologiyalarla təchiz edilib və konfrans ərazisində fasiləsiz işləyəcək. Hər bir tibbi yardım heyəti tam hazırlıqlı olacaq və təcili hallarda operativ reaksiya verə biləcək”.

“COP29 çərçivəsində yerli tibbi heyətlərdən ibarət xüsusi briqadalar formalaşdırılıb. Bu briqadalar konfrans zamanı iştirakçıların təhlükəsizliyini və sağlamlığını qorumağa xidmət edəcək”, - deyə Vüqar Qurbanov əlavə edib


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də