Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ödənişsiz “Wi-Fi”dən istifadə edərkən ehtiyatlı olun! - XƏBƏRDARLIQ

Ödənişsiz “Wi-Fi”dən istifadə edərkən ehtiyatlı olun! - XƏBƏRDARLIQ

Ödənişsiz "Wi-Fi" xidmətləri, xüsusilə ictimai nəqliyyat vasitələrində və ictimai yerlərdə, istifadəçilərə böyük rahatlıq təmin edir. Lakin, bu xidmətlərdən istifadə edərkən bəzi təhlükələr də mövcuddur.


Mövzu ilə bağlı açıqlama verən informasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov bildirib ki, təhlükəsizlik baxımından mümkün olduqca, şifrəsiz "Wi-Fi" şəbəkələrindən istifadə etməmək, şifrəli və təhlükəsiz şəbəkələrə üstünlük vermək lazımdır:


“Şifrəsiz "Wi-Fi" şəbəkələri hakerlər üçün asan hədəfdir. Bu şəbəkələrdə məlumatlarınız asanlıqla ələ keçirilə bilər. İctimai "Wi-Fi" şəbəkələrində məlumatlarınız şifrələnmədiyi üçün üçüncü şəxslər  tərəfindən izlənə və oğurlana bilər. Hakerlər ictimai "Wi-Fi" şəbəkələrindən istifadə edərək cihazınıza zərərli proqramlar yükləyə bilərlər. Həmçinin ictimai "Wi-Fi" şəbəkələrində fişinq hücumlarına məruz qalma riskiniz daha yüksəkdir. Bu hücumlar vasitəsilə şəxsi məlumatlarınız oğurlana və ya cihazınıza kənar müdaxilə ola bilər.

 

Tövsiyyə edirəm ki, ictimai yerlədə acıq şəbəkələrdən istifadə edirsinizsə, lisenziyalı VPN xidmitlərindən istifadə edin, bu internet trafikinizi şifrələyə və məlumatlarınızı qorumaq üçün əlavə təhlükəsizliyinizi təmin edə bilərsiniz:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də