Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda övladlarına "X", "D" adı qoymaq istəyən valideynlər...

Azərbaycanda övladlarına "X", "D" adı qoymaq istəyən valideynlər...

Bu il ölkəmizdə 3 nəfər övladına "X", 1 nəfər isə "D" adı qoymaq üçün müraciət edib.

 Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, övladına "X" və "D" adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar.

Sayalı Sadıqovanın sözlərinə görə, ad dil normalarına uyğun olmadığı təqdirdə, onun qoyulması qadağan edilir.

Qurum rəsmisi deyib ki, hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.

Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının "Nindza" ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israr edərək məhkəməyə müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də