
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili və Abşeron dairəvi marşrutları ilə bu ilin sentyabrında 809 minə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz çoxdur.
ADY-dən bildirilib ki, ən böyük artım 53 faizlə Bakı-Qəbələ-Bakı marşrutu ilə daşımalarda qeydə alınıb.
Eyni zamanda, qatarla səfər edən xarici turistlərin sayı 47 faiz çox olub.