Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İstilik enerjisinin tarifləri artırılıb

İstilik enerjisinin tarifləri artırılıb
Özbəkistanda evlərə istilik enerjisi verilişi və isti su təchizatı xidməti bahalaşıb.

 Bu barədə "Kun.uz" məlumat yayıb.

 Belə ki, paytaxtın Xalq Deputatları Şurasının 12 sentyabr tarixli qərarına əsasən, Daşkənddə əhali və hüquqi şəxslər üçün isti su təchizatı və istilik tarifləri 15% artırılacaq.

 Əhali üçün tarif 105 754 sum/Qkaldan 121 617 sum/Qkal-a yüksələcək. Hüquqi şəxslər üçün isə qiymət 212 606 sumdan 244 497 sum/Qkal-a yüksələcək. Lakin yeni tariflərin qüvvəyə minmə tarixi dəqiqləşdirilməyib.

 Bundan əvvəl əhali üçün tarif 2023/2024-cü il istilik mövsümü rəsmi başa çatdıqdan sonra aprelin 2-də artıb. Hüquqi şəxslər və büdcə təşkilatları üçün tariflər sonuncu dəfə 2023-cü il dekabrın 2-də artırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də