Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI
2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu sistemi yenidən aktivləşdirilib.


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 15 oktyabr 2024-cü il saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi aparılacaq.

Qeyd edilən tarixə qədər övladları üçün mektebebqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, paytaxtda bəzi məktəblərin I sinifləri dolduğundan 6 yaşlı uşaqlar yaxınlıqdakı alternative məktəblərə yönəldilir.

“Hazırda növbəti tədris ili üzrə bəzi ümumi təhsil məktəblərində açılmış siniflərdə şagird yerləri tutulduğundan alternativ olaraq yaxınlıqdakı bir sıra ümumi təhsil müəssisələri müəyyən edilib”, - məlumatda bildirilib. 

Həmin ümumi təhsil məktəblərinin siyahısını təqdim edirik:

 

I sinfə qəbul üzrə şagird yerləri tutulan məktəblər

Alternativ olaraq müəyyən edilmiş məktəblər

104 nömrəli tam orta məktəb

146 və 318 nömrəli tam orta məktəblər

145 nömrəli tam orta məktəb

229 və 238 nömrəli tam orta məktəblər

160 nömrəli Klassik Gimnaziya

8 nömrəli tam orta məktəb

177 nömrəli tam orta məktəb

34 və 202 nömrəli tam orta məktəblər


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də