Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazirdən Qarabağdakı məktəblərlə bağlı açıqlama: "Şagird sayı minlərlə ölçüləcək"

Nazirdən Qarabağdakı məktəblərlə bağlı açıqlama: "Şagird sayı minlərlə ölçüləcək"

“İşğaldan azad olunmuş ərazilərdə bir neçə məktəbin açılışı planlaşdırılır”.

 Bunu Elm və Təhsil Naziri Emin Əmrullayev deyib.

 Onun sözlərinə görə, Şuşada 1 nömrəli məktəb və Xankəndidə tarixən Azərbaycan dilli məktəb olan Nizami Gəncəvi adına 4 nömrəli məktəb, o cümlədən Xocalı şəhərində, Sus və digər kənlərimizdə də artıq tədrisə hazırlıq prosesi tam başa çatıb:

“Bu məktəblərimizin hər birində bir neçə yüz şagirdin olmasını gözləyirik. Artıq Füzuli, Laçın, Cəbrayıl şəhərlərində məktəblərimizin açılması planlaşdırılır. Coğrafiyamız kifayət qədər genişlənir”, - nazir AzTv-yə müsahibəsində qeyd edib.

 Nazir bildirib ki, Qarabağda builki şagird sayı minlərlə ölçüləcək:

 “Kəlbəcər şəhərindəki məktəbimiz fərqli model üzərində qurulur. Burada uşaq bağçası, məktəbəqədər təhsil, və məktəb bölmələrini özündə birləşdirəcək kompleks dövlət başçımız tərəfindən Kəlbəcər sakinlərinə çox böyük hədiyyə olacaq. Qarabağ Universitetində də bütün hazırlıq prosesi bitib, 1200 nəfər tələbə və 150 nəfər müəllim və heyətlə builki tədrisə başlamağı planlaşdırırıq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də