Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşaqları bağçaya necə öyrətməli... - Psixoloq TÖVSİYƏSİ

Uşaqları bağçaya necə öyrətməli... - Psixoloq TÖVSİYƏSİ

Yaşca böyük insanlarla müqayisədə balacaların onlara yad olan ortama alışmaları bəzən çətin olur. Onlar bu anlarda özlərini qorumasız hiss edə, valideynlərini yanlarında istəyə bilərlər. Övladlarını bağçaya yerləşdirmək istəyən valideynlər də onların tez uyğunlaşması üçün bəzi addımlar atmalıdır. Bəs valideyn bağçaya uşağı necə hazırlamalıdır? Ondakı qorxu və həyəcanı necə azalda bilərlər? 

 Uşaq psixoloqu Fidan Nizamova  bildirib ki, xüsusi ilə bağçalarda uşaqların adaptasiyası daha çətin olur:

"Onlar ilk dəfə ailələrindən uzaq qalırlar və başa düşmürlər ki, ora niyə gətiriliblər. Bir çox bağçalar valideynin bir müddət məüssisəyə gəlib-getməsinə icazə vermir. İlk günlərdən bağçaya gəlib-getməməyi və uşaqdan ayrı qalmağı məsləhət görürlər. Bu bir prosesdir və uşaqlar bunu yaşamalıdır. Yaxşı olardı ki, uşaqlar bağçaya gəlmədən hazırlıqlı olsunlar, sosial həyatda yaşamağa başlasınlar. 2-3 yaşındakı uşaq o yaşlara qədər yalnız evdə, valideyn və yaxın çevrəsinin ətrafında olur. Həyətə düşmür, gəzintiyə getmir, küçədə az olur, başqa uşaqlarla ünsiyyətdə olmurlar. Bu səbəblərdən birdən-birə yad insanların əhatəsinə düşəndə, o, nə baş verdiyini bilmir və anasında ayrı düşdüyünün fərqinə varır. Uşaq üçün bu vəziyyət stessdir. Hər uşaq bu duruma sürətli alışa bilməz. Bu səbəbdən valideynlər çox narahat olur. 2 ay müddəti uşaqların adaptasiya müddətidir. Uşaqlara öncə bağçanın nə olduğunu anlatmaq və hər gün onu gəlib götürəcəklərini demək lazımdır. Adaptasiya ola bilməsi üçün uşağa zaman vermək lazımdır. Valideynlər özləri qorxmasın ki, uşağa nəsə oldu, psixologiyası pozuldu və s. Əgər orada çətin şərtlər, xoşagəlməz hallar varsa, uşaq bunu bəlli edəcək. Bu hallar baş verərkən uşağı izləsək, durumun fərqinə varacağıq”.

Psixoloqun sözlərinə görə, 2 ay ərzində uşağın ağlaması və bağçaya öyrəşə bilməməsi normaldır, çünki yeni mühitdədir və nə baş verdiyini, özünü necə aparması lazım olduğunu bilmir:

"Bu müddət uzanarsa, demək həqiqətən də uşağın oradan xoşu gəlmir, onu bağçaya alışdıra bilmirlər. Belə olan halda bağçanı dəyişmək və ya bağçaya qoymamağı tövsiyə edirəm. Bundan əlavə, məsələni aydınlaşdırmaq lazımdır ki, uşaq bağçaya niyə getmək istəmir... Əgər valideyn çox narahatdırsa, bunu bir şəkildə uşağa ötürür. Uşaq özünü bu bhalda diskomfort və təhlükədə hiss edəcək. Valideyn özünü maksimum rahat və güvənli aparmalıdır".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də