Biləsuvar rayonunun 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.
Rayon ərazisində yerləşən “Ovçubərə” qaz paylayıcı stansiyadan qidalanan Əsgərabad kəndi istiqamətində yeraltı polietilen qaz kəmərinin kipliyə yoxlanılması üçün Ovçubərə, Amankənd, Dərvişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin ümumilikdə 2 200 abonentinin təbii qaz təchizatı işlər yekunlaşana qədər dayandırılıb.
Qurum abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.